Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı sabiq ABŞ Prezidenti Donald Trampın diqqətini qeyri-adi rəqs nömrəsi cəlb edib.
KONKRET.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, ağ geyimli qadınlar Trampın şərəfinə ənənəvi ərəb rəqsi olan Khaleeji rəqsini ifa ediblər. Bu rəqs baş və saç hərəkətləri ilə seçilir və əsasən hörmətli qonaqların qarşılanması və bayram mərasimləri zamanı təqdim olunur.
Ərəb mədəniyyətində dərin mənası olan bu rəqs Trampa göstərilən yüksək ehtiramın və qonaqpərvərliyin simvolu kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az