“İran bizimlə ticarət etmək istəyir və mən buna qarşı deyiləm. Mən ticarəti mübahisələri həll etmək və sülhə nail olmaq üçün vasitə kimi istifadə edirəm”.
KONKRET.az xəbər verir ki, Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə deyib.
O, həmçinin vurğulayıb ki, “əgər Tehran ABŞ-la razılaşmaya gedərsə, çox məmnun olacaq”.
Eyni zamanda, Amerika lideri bir daha bəyan edib ki, İranın nüvə silahı əldə etməsi qəbuledilməzdir.
“Mən açıq şəkildə bildirmişəm ki, onların bu barədə düşünmək üçün demək olar ki, vaxtı yoxdur. İran nüvə silahına sahib olmamalıdır”, – Tramp əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az