Tramp İranda hakimiyyəti dəyişmək istəyir, yoxsa ölkəni məhv etməyi? – ABŞ-ın əsl məqsədi şoka salırbackend

Tramp İranda hakimiyyəti dəyişmək istəyir, yoxsa ölkəni məhv etməyi? - ABŞ-ın əsl məqsədi şoka salır

Müasir dünyada geosiyasi gərginliklərin artması, regional münaqişələrin qlobal güclərin rəqabət meydanına çevrilməsi və yeni güc balansının formalaşması fonunda Yaxın Şərq yenidən diqqət mərkəzinə çıxıb. Xüsusilə İran kimi böyük, zəngin resurslara və strateji mövqeyə malik dövlət ətrafında baş verən hərbi-siyasi proseslər bu ölkənin gələcəyi ilə bağlı müxtəlif ssenariləri gündəmə gətirir. ABŞ və İsrail kimi güclərin artan təzyiqləri, eyni zamanda regiondakı mürəkkəb ittifaqlar və qarşıdurmalar fonunda İranın taleyi ilə bağlı suallar daha da aktuallaşır.

Bəs mövcud reallıqlar şəraitində İran kimi böyük və strateji əhəmiyyətli bir dövlətin tamamilə məhv edilməsi nə dərəcədə realdır?

Bu barədə KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda qlobal geosiyasi mühit kifayət qədər gərgindir və münaqişələr getdikcə daha geniş miqyas alır. Onun sözlərinə görə, yeni dünya düzəni ağrılı və mürəkkəb proseslər fonunda formalaşır.

Xankəndidə konsulluğun açılması Azərbaycana yaxşı heç nə vəd eləmir-  POLİTOLOQ

Politoloq qeyd edib ki, hazırda əsas gərginlik ocaqlarından biri də İran ərazisidir:

“Avropada necə ki, Ukrayna müharibə meydanına çevrilibsə, Yaxın Şərqdə də İran eyni funksiyanı daşıyır. Bununla belə, İranın ciddi strateji dərinliyi var və bu səbəbdən uzun müddət davam gətirmə potensialına malikdir.

İran isə öz növbəsində raket və dron imkanları ilə müdafiə olunur. Burada əsas məqsədin İranı dövlət kimi sıradan çıxarmaq, yaxud hakimiyyət dəyişikliyi etmək və ya ölkənin resurslarına nəzarəti ələ keçirmək olduğu ehtimalı səslənir”.

Əli Mustafa əlavə edib ki, bəzi hallarda rəsmi açıqlamalar real niyyətləri tam əks etdirmir:

“Məsələn, Donald Trampın İranla bağlı verdiyi açıqlamalar da müxtəlif yanaşmalar doğurur və bu səbəbdən tənqid edilir.
Mövcud rejimin perspektivləri zəif görünür, lakin İranın tamamilə məhv edilməsi real ssenari kimi qiymətləndirilmir. Daha çox ehtimal olunan variant odur ki, İran gələcəkdə formalaşacaq çoxqütblü dünya düzənində öz yerini tutacaq. Bu qütbün isə daha çox türk-müsəlman dünyası ilə əlaqəli olması mümkündür”.

Ekspert qeyd edib ki, hazırkı mərhələdə münaqişənin davam edəcəyi gözlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*