ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında artan gərginliklə bağlı maraqlı açıqlama verib. O bildirib ki, hər iki tərəfin atəşkəsi pozması bilərəkdən yox, təsadüfən baş vermiş ola bilər.
KONKRET.az xəbər verir ki, Tramp eyni zamanda vurğulayıb ki, İsraili “sakitləşdirməyə” məcbur edəcək. Onun sözlərinə görə, bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmalıdır və bu prosesdə ABŞ həlledici rol oynamalıdır.
Bu açıqlamalar, Trampın regiondakı münaqişəyə müdaxilə etmək niyyətində olduğunu göstərir və onun İsrailə yönəlik sərt ritorikasını gündəmə gətirir.
Müşviq Tofiqoğlu
KONKRET.az