ABŞ prezidenti Donald Tramp İrana qarşı müsbət dəyişikliklər olduğunu və ölkənin çox ağıllı şəkildə davrandığını bəyan edib.
KONKRET.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Bu gün İrana qarşı nələrin edilə biləcəyini başa düşmək üçün uçuram. Onların nüvə silahı ola bilməz. Mənə elə gəlir ki, onlar ağıllıca düşünürlər, orada çox yaxşı şeylər baş verir.” ,- deyə Tramp qeyd edib.
Bu bəyanat Trampın İrana qarşı siyasətindəki dəyişikliyi və yeni diplomatik yanaşmanı əks etdirir. ABŞ prezidenti eyni zamanda İranın nüvə silahı əldə etməməsi mövzusunda sərt mövqe tutmağa davam etdiyini qeyd edib.
Natiq Səlim,
KONKRET.az