“Tramp marşrutu” Azərbaycana nə vəd edir? – YENİ MƏQAMLARbackend

“Tramp marşrutu” Azərbaycana nə vəd edir? - YENİ MƏQAMLAR

Azərbaycan və Ermənistan arasında sülh sazişinin Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə paraflanması, eləcə də “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi layihəsi müzakirə mövzusuna çevrilib. Bəs, Zəngəzur dəhlizi və “Tramp marşrutu” layihənin ABŞ-a 99 illik icarəyə verilməsi Azərbaycanın strateji mövqeyinə necə təsir göstərəcək?

Politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, bu razılaşma hər iki tərəf və ABŞ üçün məqbul olduğundan, tərəflər yüksək əhval-ruhiyyə ilə mərasimdə iştirak ediblər.

NATO Kiyev və Türkiyə üçün 50 milyard avrodan çox yardım ayırıb”- Politoloq | news365.az

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin “Tramp marşrutu” adlandırılması Azərbaycanın strateji maraqlarına uyğundur.

“ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq razılaşmasının əldə olunması, bir sıra işçi qruplarının yaradılması, “907-ci düzəliş”in dayandırılması, qarşılıqlı investisiyaların yatırılması, ticarət əlaqələrinin inkişafı, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində atılan addımlar bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir”.

Taleh Əliyev əlavə edib ki, SOCAR ilə ABŞ-ın neft şirkəti arasında imzalanan müqavilə də tərəflər arasındakı əməkdaşlığın dərinləşdiyini göstərir:

“Gələcəkdə müəyyən fikir ayrılıqları yaransa belə, iqtisadi, ticarət və müdafiə sahələrində geniş əlaqələndirmə münasibətlərin dərhal pozulmamasına təminat yaradır. Bu baxımdan “Tramp marşrutu” Azərbaycanın strateji əhəmiyyətli layihələrindən biridir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*