ABŞ prezidenti Donald Tramp Apple rəhbəri Tim Kukla arasında yaranan gərginliyi açıq şəkildə dilə gətirib. Qətərdə keçirilən tədbirdə çıxış edən Tramp, “Timlə bir az problem yaşadım” deyərək “Apple”ın Hindistanda fabriklər tikməsinə narazılığını bildirib.
KONKRET.az xəbər verir ki, Tramp daim “Apple”a dəstək verib və ABŞ-da istehsalın təşviqi üçün idxala yüksək rüsumlar tətbiq edib.
Buna baxmayaraq, şirkət bu yaxınlarda “iPhone” istehsalını Çindən Hindistana keçirdiyini açıqlayıb. Şirkət addımı tariflərdən yayınmaq üçün atdığını, təkcə bu rübdə rüsumların 900 milyon dollara başa gələcəyini bildirib.
Tramp isə buna cavab olaraq deyib: “Mən sizin ABŞ-da da istehsal etməyinizi istəyirəm”.
Aynurə İsmayıl
KONKRET.az