Tramp MÜRACİƏT ETDİ: Müharibə bitəcək, İranı götürüb “daş dövrü”nə atacam, sonra isə…backend

Tramp MÜRACİƏT ETDİ: Müharibə bitəcək, İranı götürüb "daş dövrü"nə atacam, sonra isə...

ABŞ prezidenti Donald Tramp İranla müharibənin tezliklə bitəcəyini yenidən dilə gətirib.

KONKRET.az xəbər verir ki, o deyib ki, İran atəşkəs istəyib, lakin ABŞ bunu yalnız Hörmüz boğazı açılarsa nəzərdən keçirəcəyini vurğulayıb.

İran XİN bu iddianı yalan adlandırıb.
Məlumatlara görə, atəşkəs qarşılığında boğazın açılması variantı müzakirə edilsə də, bunun real olub-olmadığı bəlli deyil. Ehtimal olunur ki, Tramp İran prezidenti Məsud Pezeşkian-ın Antonio Koşta ilə danışıqda verdiyi açıqlamaya istinad edib. Pezeşkian bildirib ki, ABŞ hücumları dayandırsa və təhlükəsizlik zəmanəti versə, İran müharibəni bitirməyə hazırdır.

Tramp isə qeyd edib ki, Tehran geri addım atmasa, ABŞ zərbələri davam etdirəcək. Bununla yanaşı, o, ABŞ-ın müharibəni tezliklə bitirəcəyini və lazım gələrsə sonradan “dəqiq zərbələrə” qayıdacağını də deyib.

ABŞ hərbçilərinin məlumatına görə, bir ay ərzində 12 300-dən çox hədəfə zərbə endirilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*