Tramp İranla bağlı NATO-ya MÜRACİƏT ETDİbackend

Tramp İranla bağlı NATO-ya MÜRACİƏT ETDİ

“NATO müttəfiqləri ABŞ-ı İran məsələsində dəstəkləməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Financial Times ilə müsahibəsində səsləndirib.

Tramp bildirib ki, əgər NATO ölkələri ABŞ-a dəstək verməsələr, alyansın gələcəyi “qaranlıq” ola bilər.

Prezident ABŞ-ın Ukrayna məsələsində müttəfiqlərə dəstək verdiyini vurğulayıb:

“Bizdə NATO adlı bir qurum var. Biz çox mehriban davranmışıq. Ukraynaya kömək etmək məcburiyyətində deyildik, çünki o, minlərlə kilometr aralıdadır… Amma biz onlara kömək etdik. İndi isə baxaq, onlar bizə kömək edəcəklərmi”, — deyə
Tramp qeyd edib.

O, NATO daxilində öhdəliklərin bəzən asimmetrik ola biləcəyini də vurğulayıb:

“Mən uzun müddətdir deyirəm ki, biz onların yanında olacağıq, amma onlar bizim yanımızda olmayacaqlar”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*