Tramp Orbanın bu xahişini rədd etdibackend

Tramp Orbanın bu xahişini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın şəxsi müraciətinə baxmayaraq, Budapeşt üçün “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Orbanın ona şəxsən müraciət etdiyini təsdiqləyib:

“O bizdən istisna istədi. Biz vermədik, amma o xahiş etdi”.

Qeyd edək ki, Orban daha əvvəl bildirmişdi ki, noyabrın 7-də Tramp ilə görüşü zamanı ölkəsinin enerji asılılığı səbəbilə bu qərarı dəyişməyə nail olacağına ümid edir. O, Macarıstanın xammalın boru kəmərləri ilə idxalına tam bağlı olduğunu xatırladaraq, ABŞ-nin bu “xüsusi vəziyyəti” nəzərə almasını istəyib. Tramp isə vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyalarda heç bir ölkə üçün güzəşt etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*