Tramp–Putin danışıqları günü ABŞ yeni nüvə bombasını təqdim etdi – ŞOK DETALbackend

Tramp–Putin danışıqları günü ABŞ yeni nüvə bombasını təqdim etdi - ŞOK DETAL

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışdığı gün Vaşinqton yeni nüvə silahı ilə bağlı vacib açıqlama verib.

KONKRET.az xəbər verir ki, ABŞ Energetika naziri Kris Rayt yeni nəsil nüvə bombası B61-13-ün hazırlanmasının başa çatdığını bildirib. Bombanın hazırlanmasına Milli Nüvə Təhlükəsizliyi İdarəsi rəhbərlik edib.

B61-13 əsasən yerin dərin qatlarında yerləşən hədəfləri – o cümlədən bunker və komanda mərkəzlərini məhv etmək üçün nəzərdə tutulub.

Yeni nüvə silahının təqdimatı Tramp və Putin arasında danışıqların getdiyi günə təsadüf etməsi isə diqqət çəkib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*