“Tramp Putini sevmir, sadəcə…” – AÇIQLAMAbackend

"Tramp Putini sevmir, sadəcə..." - AÇIQLAMA

ABŞ-nin eks-prezidenti Donald Tramp Putinə heyran deyil, o, sadəcə elektorata şirin gəlmək üçün ictimai şəkildə ona iltifatlar söyləyir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin Avropa İttifaqındakı (Aİ) keçmiş səfiri Qordon Sondland “Newsweek” nəşrinə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, Tramp bəzən publik şəkildə onu tərifləsə də, əslində Putin də daxil olmaqla, bütün avtoritar dünya liderlərinə eyni münasibət bəsləyir.

Bundan başqa, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyində Tramp hiylə işlədir və yalnız potensial seçicilərini razı salmaq üçün Ukraynaya yardımı kəsə biləcəyinə işarə edir. “Tramp Putini heç də sevmir. O, Ukraynanı dəstəkləyir. O, bütün riskləri anlayır. Mən buna həqiqətən də inanıram. Amma o, bazasının birliyini saxlamaq üçün seçki bitənədək özünü hiyləgərliyə vuracaq”.

Bundan əlavə, Sondland bildirib ki, Tramp Ağ Evə qayıtmağı bacararsa, Moskvanı müharibəni dayandırmağa razılaşmağa məcbur etmək ümidi ilə Ukraynaya “silah tədarükünü artıracaq”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*