ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə potensial razılaşmaya etimad qazanacağı təqdirdə görüşün vaxtını dəyişdirməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ prezidenti Rusiya lideri ilə mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib: “Biz hansı sövdələşmə bağlayacağımızı başa düşməliyik”.
Eyni zamanda, Tramp Ukraynada sülh nizamlanmasının gedişatından məyus olduğunu bildirib və qeyd edib ki, o, “Vladimir Putinlə həmişə çox yaxşı münasibətdə olub”.
Xatırladaq ki, oktyabrın 22-də Tramp Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv olunduğunu açıqlamışdı.
