Tramp Putinlə necə dostluq etmək istəyib? – Keçmiş müşavirin xatirələrindənbackend

Tramp Putinlə necə dostluq etmək istəyib? - Keçmiş müşavirin xatirələrindən

ABŞ prezidenti kimi Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə isti şəxsi münasibət qura biləcəyinə inanırdı və rusiyalı həmkarının təriflərinə qarşı həssaslığını nümayiş etdirirdi.

KONKRET.az xəbər verir ki, Trampın keçmiş milli təhlükəsizlik müşaviri Herbert Makmaster “Özümüzlə müharibədə: Trampın Ağ Evində mənim xidmətim” adlı yeni memuarında belə deyib.

Makmaster vəzifəsində cəmi 13 ay çalışıb. O, qeyd edir ki, əvvəldən Trampla Rusiya və Putini müzakirə etməkdə çətinlik çəkib.

Onun sözlərinə görə, Amerika prezidenti bu mövzu ilə bağlı istənilən sualı Rusiyanın 2016-cı il prezident seçkilərinə mümkün müdaxiləsi, həmçinin Tramp və onun Moskva ilə seçki kampaniyası arasında mümkün sövdələşmə ilə bağlı aparılan araşdırma ilə əlaqələndirib.

Makmaster yazır ki, sələfləri Corc Buş və Barak Obama kimi Tramp da Putinlə münasibətləri düzəltmək qabiliyyətinə “həddindən artıq arxayın olub” və özünü “mütəxəssis sövdələşmələr aparan” kimi göstərib.

Kitabda deyilir ki, Amerika ekspert icmasının əksinə, onu Moskvaya sərt yanaşmağa çağırması Trampın əks istiqamətdə hərəkət etmək əzmini artırdı.

“Putin ustalıqla Trampın eqosunu və etibarsızlığını ifşa etdi, Ağ Evin sahibini “çox parlaq, istedadlı şəxs” adlandırdı.
Tramp isə bu yanaşmaya qarşı həssaslığını göstərdi və Putinə “Öz ölkəsində çox hörmət edilən bir insandan belə xoş təriflər almaqdan həmişə şərəf duyuram” sözlərini dedi.

Xatirələrinə görə, Makmaster Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Amerika seçkilərini gözdən salmaq cəhdlərinə dair açıq-aşkar dəlillər olduğunu deyəndə Tramp qəzəblənib.

Keçmiş müşavirin fikrincə, “Putin Trampın dostu olmayıb və heç vaxt da olmayacaq”.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*