ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında iki saatdan çox davam edən telefon danışığı baş tutub. Danışıqlardan sonra Tramp Ağ Evdə mətbuat konfransı keçirib.
KONKRET.az xəbər verir ki, çıxışı zamanı Tramp zarafatları ilə diqqət çəkib.
“Putin mənə dedi ki, onlar Melaniya Trampa çox hörmət edirlər. Mən soruşdum: bəs mən necə? O dedi: “Yox, Melaniyanı daha çox sevirlər”. Bu yaxşıdırmı, bilmirəm, amma razıyam”, – deyə Tramp zarafatla vurğulayıb.
Mətbuat konfransından sonra Tramp insanların razılığı olmadan yayılan “deepfake” video və fotoları cinayət hesab edən fərman imzalayıb.
Aynurə İsmayıl
KONKRET.az