Azərbaycan ilə Ermənistan arasında müharibə 38 il davam etdi, milyonlarla insan öldü. Amma biz bu münaqişəni dayandıra bildik.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçirdiyi brifinq zamanı bildirib.
“Vladimir Putin də bu məsələ ilə bağlı mənə zəng edərək təəccübləndiyini dedi. Bu müharibə 38 il davam etdi, milyonlarla insan həlak oldu, amma biz bu münaqişəni aradan qaldıra bildik. İki ölkə tədricən barışır və mənim iştirakımla keçirilən görüşdən cəmi bir saat sonra onların bir-birini qucaqlaması heyrətamiz idi. Hər iki ölkənin liderləri dedi ki, siyasi karyeraları boyunca yalnız bir-birinə atəş açıblar”.
Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycanın dövlət başçıları Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.
