ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri – Vladimir Putin və Vladimir Zelenski barədə yeni açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, müharibənin əvvəlində sülh danışıqlarına ümid olduğunu, lakin bu prosesin raket hücumları ilə pozulduğunu bildirib:
“Mən çox təəccübləndirici hadisələrin şahidi oldum: Kiyev kimi şəhərlərə raketlərin atılması, halbuki biz sülh danışıqlarında irəliləmişdik və mən hiss edirdim ki, məsələni həll etməyə yaxınıq. Birdən-birə raket zərbələri başladı… Bu məni çox məyus etdi”, – deyə Tramp qeyd edib.
Bundan əlavə, Tramp həm Putin, həm də Zelenskinin “inadkar” olduqlarını deyib və bu səbəbdən razılığa gəlməyin çətinləşdiyini vurğulayıb.
Natiq Səlim,
KONKRET.az