ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən çox məyus olduğunu bildirib və Ukrayna ilə razılaşmaların əldə edilməsi üçün müəyyən etdiyi 50 günlük müddəti azaltmaqla hədələyib.
Bu barədə KONKRET.az “SkyNews”a istinadən xəbər verir.
“Əgər mən yanınızda olmasaydım, sizin altı böyük müharibəniz olardı. Bizim müzakirələrimiz olub, siz (Britaniyanın Baş naziri Kir Starmer) və mən müzakirələr aparmışıq, biz bu məsələni artıq bir neçə dəfə həll etdiyimizi düşünürdük. Sonra Prezident Putin hansısa şəhərə, məsələn, Kiyevə raketlər atmağa başlayır”, – ABŞ lideri əlavə edib.