ABŞ prezidenti Donald Tramp Rusiyanın son günlər Ukrayna şəhərlərinə endirdiyi raket zərbələrinə dair narazılığını ifadə edib.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında deyib:
“Bir neçə gecə əvvəl baş verənlər – insanların həlak olması, siz bunu danışıqlar fonunda baş verən hadisələr kimi adlandıra bilərsiniz – məni çox məyus etdi. Mən bu hadisədən çox, çox, çox narazıyam.”
Tramp bu zərbələrin müzakirələrin gedişinə və ümumi vəziyyətə mənfi təsir etdiyini bildirib.
Natiq Səlim,
KONKRET.az