ABŞ prezidenti Donald Trampın Hindistanın Rusiya nefti almasına görə tətbiq etdiyi əlavə 25%-lik rüsum Moskvaya qarşı enerji gəlirlərini hədəfləyən ilk addım ola bilər.
KONKRET.az xəbər verir ki, bu qərar cümə günü bitəcək ultimatum ərəfəsində Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün Vladimir Putinə təzyiq vasitəsi kimi qiymətləndirilir.
Tramp administrasiyası Rusiyanın enerji ixracatına dair yeni sanksiya dalğası üzərində də işləyir. Belə ki, Rusiya neftini daşıyan gizli tanker donanması və bu donanmanı dəstəkləyən struktur və şirkətlərə qarşı əlavə məhdudiyyətlər nəzərdən keçirilir.
Mənbələrin məlumatına görə, administrasiya Putinin enerji gəlirlərini azaltmaq məqsədilə bir sıra ciddi tədbirləri nəzərdən keçirir. Bunlara Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar və artıq qüvvədə olan məhdudiyyətlərin daha sərt şəkildə icrası daxildir.
Qeyd edək ki, Hindistana qarşı rüsum qərarı sosial şəbəkələrdə yayılmamışdan öncə bu planların bir hissəsi kimi səciyyələndirilmişdi.
Natiq Səlim,
KONKRET.az