“Tramp seçilərsə, Ukraynaya yanaşmaya yenidən baxılacaq”backend

"Tramp seçilərsə, Ukraynaya yanaşmaya yenidən baxılacaq"

“Bayden xalqa izahatlar təqdim edəcəyinə söz verib və o zaman məlum olacaq ki, o, niyə ölkə prezidenti kimi xidmətini davam etdirə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri danışıqlar üzrə mütəxəssis Artur Martirosyan deyib.

“Ola bilsin, daxili problemlər var, bəzi yarımçıq qalan məsələlər var ki, indi istefa verə bilmir.

“Trampın seçiləcəyi təqdirdə dünyada, o cümlədən bizim regionda nə dəyişə bilər” sualına Artur Martirosyan belə cavab verib. “Aydındır ki, Ukrayna müharibəsinin başlanğıcı, davamı və inkişafı tamamilə ABŞ-dan asılıdır. Əgər bir anda ABŞ Ukraynaya sponsorluq etməkdən imtina etsə və desə ki, bu, bizim müharibəmiz deyil, bax onda müharibə bitəcək, çünki Ukrayna tamamilə ABŞ-ın iradəsindən asılıdır. Aydındır ki, yeni bir lider gəlsəydi, bu müharibə olmamalı idi. O, görür ki, bu müharibə ABŞ-ın maraqlarına uyğun deyil. Bu o deməkdir ki, o, ABŞ-ın maraqlarını başqa cür görür və bu yanaşma demokratik və liberal-qlobalistlərin təsəvvür etdiyindən çox fərqlidir.

Tramp seçilsə belə, ABŞ dərhal kəskin dönüş yarada bilməyəcək. Yeni administrasiya deyə bilər ki, onlar yalnız müharibəni bitirir, ona sponsorluq etmir, amma hazırkı yanaşmaya yenidən baxılacaq. Əlbəttə, bütün bunlar isə Ukraynanın xeyrinə olmayacaq. Bu dəqiqdir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*