“Tayvan Çindən müdafiə üçün ABŞ-a pul ödəməlidir”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
O bildirib ki, Tayvan bir çox sənaye sahələrində Birləşmiş Ştatlardan üstündür:
“Düşünürəm ki, Tayvan müdafiə üçün bizə pul ödəməlidir. Onlar isə bizə heç nə vermir. Bizim sığorta şirkətindən heç bir fərqimiz yoxdur. Tayvan bütün çip biznesimizi əlimizdən aldı. Onlar inanılmaz dərəcədə zəngindirlər”, – Tramp əlavə edib.
Burhan,
KONKRET.az