ABŞ Prezidenti Donald Tramp West Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı Ukrayna müharibəsindəki pilotsuz uçuş aparatlarının (PUA) tətbiq təcrübəsinin ABŞ ordusu üçün dərs olduğunu bildirib.
“İnanın ya da inanmayın, siz elə bir peşədəsiniz ki, hər şey döyüş meydanında olduğu qədər sürətlə dəyişir. Təəssüf ki, bunu Rusiya ilə Ukrayna arasında gedən müharibədən görürük. Biz bunu öyrənirik – qorxunc bir dərsdir, amma bu, reallıqdır,” – deyə Tramp vurğulayıb.
KONKRET.az xəbər verir ki, o qeyd edib ki, ABŞ indiyədək belə sürətli, dəqiq və bucaqlı hücum edən dronları görməyib:
“Dronlar bucaqlı şəkildə endirilir, sürətlə və yüksək dəqiqliklə hədəfə yönəlir. Biz bunu heç vaxt görməmişdik və indi bu yeni döyüş üsullarını öyrənirik. Sizin peşəniz çox sürətlə dəyişir.”
Tramp, həmçinin, təxminən 1 trilyon dollarlıq ABŞ müdafiə büdcəsinin azaldılmasının gündəmdə olmadığını, əksinə, gücləndiriləcəyini də bəyan edib.
Natiq Səlim,
KONKRET.az