Əl-Cəzirə telekanalının məlumatına görə, HƏMAS Trampın Qəzza Planına cavabını vasitəçilərə çatdırıb.
KONKRET.az xəbər verir ki, HƏMAS, Trampın Qəzza planında məhbus mübadiləsinə müsbət cavab versə də, bəzi digər müddəaların müzakirə edilməsinə ehtiyac olduğunu bildirib.
HƏMAS, Trampın diri və ya ölü bütün israilli girovların azad edilməsini nəzərdə tutan Qəzza təklifini qəbul etdiyini bildirib. Həmas həmçinin razılaşmanın detallarını müzakirə etmək üçün danışıqlara başlamağa hazır olduğunu deyib.
HƏMAS ABŞ prezidenti Donald Trampın səylərini təqdir etdiyini açıqlayıb.
Eyni zamanda, HƏMAS Qəzza şerifinin idarəsini fələstinli texnokratlara təhvil verməyə hazır olduğunu açıqlayıb.
Dəniz Pənahova
KONKRET.az