Trampdan Azərbaycana jest – SİYAHIDA YOXDURbackend

Trampdan Azərbaycana jest - SİYAHIDA YOXDUR

ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqını əhatə edən yeni gömrük tarifləri ilə bağlı Fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, sənədi Ağ Ev yayıb.

Ən yüksək rüsumlar Suriya (41%), Myanma (40%), Laos (40%), İsveçrə (39%), Serbiya (35%) və İraq (35%) kimi ölkələrə tətbiq edilib.

Yeni tariflər avqustun 7-si qüvvəyə minəcək.

Fərmana əsasən, siyahıda olmayan ölkələrə 10% həcmində “baza səviyyəsində” rüsumlar tətbiq olunacaq.

Onu da qeyd edək ki, Azərbaycan sözügedən siyahıda yer almayıb.

Bununla yanaşı, Tramp digər bir Fərmanla Kanadaya qarşı gömrük rüsumlarını 25 faizdən 35 faizə qaldırıb.

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*