“Özümüzü və İsraili müdafiə etməyə hazırıq”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bəyan edib ki, İran İsrailin hücumlarına cavab verməyə cəhd edərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazır olacaq.
Tramp Fox News televiziyasına verdiyi açıqlamada İranın mümkün cavab hücumlarını izlədiyini və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
“İranın nüvə bombası ola bilməz və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq”, – deyə Tramp vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az