Trampdan əmr: Hərbçilər bu ölkədən çıxırbackend

Trampdan əmr: Hərbçilər bu ölkədən çıxır

ABŞ Prezidenti Donald Trampın əmrinə əsasən, amerikalı hərbçilərin böyük hissəsi Somalidən çıxmağa başlayıb.

KONKRET.az  xəbər verir ki, amerikalı qoşunların Şərqi Afrikada digər bir bazaya yerləşdiriləcəyi bildirilib.

ABŞ-ın Afrika komandanlığının rəhbəri Stiven Tausenda bildirib ki, amerikalı hərbçilər regiondan çıxmayacaq və terrorizmə qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2021-ci ildə bütün qoşunların Somalidən çıxarılması ilə bağlı qərar vermişdi. Məlumata görə, Somalidə 700-ə yaxın amerikalı hərbçi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*