Trampdan ilginc AÇIQLAMA: “Harada olacağımı dəqiq bilmirəm”backend

Trampdan ilginc AÇIQLAMA: “Harada olacağımı dəqiq bilmirəm”

Ukrayna ilə Rusiya arasında Türkiyədə planlaşdırılan sülh danışıqları fonunda ABŞ prezidenti Donald Tramp sabah harada olacağına dair qeyri-müəyyən açıqlama verib.

KONKRET.az xəbər verir ki, Sky Newsun yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində çıxış edən Tramp jurnalistlərin onun növbəti səfər istiqaməti ilə bağlı sualına cavab olaraq ehtiyatlı davranıb.

“Sabah yola düşürük. Bu, demək olar ki, ‘naməlum istiqamətdir’. Bizə zəng edirlər: ‘Buraya gələ bilərsiniz? Ora gələ bilərsiniz?’ Amma yəqin ki, Vaşinqtona qayıdacağıq,” – deyə Tramp bildirib.

Xatırladaq ki, son günlər Trampın Ukrayna-Rusiya danışıqlarında vasitəçilik edə biləcəyi ilə bağlı çağırışlar artıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*