Trampdan SENSASİON AÇIQLAMA: “Kanada ilə ticarət danışıqlarını dayandırdıq”backend

Trampdan SENSASİON AÇIQLAMA: “Kanada ilə ticarət danışıqlarını dayandırdıq"

ABŞ prezidenti Donald Tramp Kanada ilə ticarət münasibətlərinə dair sərt açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton Ottava ilə ticarət danışıqlarını dayandırıb və bu proses yalnız Kanada bəzi vergi qərarlarını ləğv etdikdən sonra yenidən bərpa edilə bilər:

“Kanada ABŞ-dan gətirilən kənd təsərrüfatı məhsullarına 400 faiz vergi tətbiq edir. Bu, qəbuledilməzdir və buna görə də danışıqları dondurmuşuq”.

Tramp həmçinin çoxlarının təəccüblə qarşılayacağı fikrini də təkrarən səsləndirib:

“Mən hələ də düşünürəm ki, Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək lazımdır”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*