“ABŞ Suriya ilə münasibətləri normallaşdırmaq imkanlarını araşdırır”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Bildiyiniz kimi, biz hazırda Suriyanın yeni hökuməti ilə münasibətlərin normallaşdırılması imkanlarını araşdırırıq”.
Qeyd edək ki, Tramp Bəşər Əsədin devrilməsindən sonra yanvar ayında Suriyanın yeni prezidenti Əl-Şara ilə görüşüb.
Dünən Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb.
Xatırladaq ki, ABŞ və Suriya arasında diplomatik əlaqələr 2012-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sonra dayandırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az