Trampı öldürmək istəyən şəxs həbs edildibackend

Trampı öldürmək istəyən şəxs həbs edildi

Arizona ştatında ABŞ prezidentliyinə namizəd Donald Trampı seçkiqabağı kampaniyası zamanı öldürməklə hədələyən şəxs saxlanılıb və həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Fox News polisə istinadən yayıb.

Təqsirləndirilən şəxs 66 yaşlı Ronald Li Sivruddur. O, iki gün ərzində sosial şəbəkələrdə Trampın ünvanına təhdidlər yazıb.

Mənbə qeyd edir ki, o, keçmişdə sərxoş halda avtomobil idarə edib və qəza yerindən qaçıb. Eyni zamanda ona uşağın cinsi toxunulmazlığına görə cinayət işi açılıb. Hətta məhkəməyə gəlməkdən də imtina edib.“Onun Pensilvaniyada (İyul ayında Trampa edilən sui-qəsdin həyata keçirildiyi yer) baş verənlərlə heç bir əlaqəsi müəyyən edilməyib”, – deyə polis bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*