Trampı prezident kimi qorumağa çağırdılarbackend

Trampı prezident kimi qorumağa çağırdılar

ABŞ Konqresindəki Respublikaçılar Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampı hazırkı Amerika lideri Co Bayden kimi təhlükəsizlik və müdafiə ilə təmin etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, “Fox News” məlumat yayıb.

Bildirilir ki, müraciətdə respublikaçılar həmçinin Məxfi Xidmətdən Trampa qarşı sui-qəsd cəhdləri ilə bağlı Konqres üzvlərinə xüsusi brifinq keçirməyi xahiş ediblər.

Xatırladaq ki, Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb.

İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*