Trampın 4 milyon baxış toplayan son çıxışı “YouTube”dan silinibbackend

Trampın 4 milyon baxış toplayan son çıxışı “YouTube”dan silindi

“YouTube” videoservisi ABŞ-ın keçmiş prezidenti Donald Trampın ölkə mühafizəkarları konqresindəki çıxışını silib.

KONKRET.az xəbər verir ki, “EADaily” portalının məlumatına görə, 4 milyon istifadəçi tərəfindən izlənilən videonun silinməsinə səbəb eks prezidentin öz çıxışında sonuncu prezident seçkilərinin nəticələrini şübhə altına alması olub.

Belə ki, Tramp çıxışı zamanı seçkiləri “saxtalaşdırılmış” adlandırıb ki, bu da artıq nəticələri rəsmən tanınan prosedura qarşı yolverilməz ifadədir.

Bununla yanaşı, “YouTube” sözügedən videonu servisə yükləyən “Right Side Broadcasting Network” şəbəkəsinin fəaliyyətini də məhdudlaşdırıb. Artıq bu şəbəkə videoservisə heç bir görüntü yükləyə bilməyəcək. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*