Trampın adı pornoqalmaqalda hallanır: ABŞ prezidenti ilə bağlı şok sənədlər üzə çıxdıbackend

Trampın adı pornoqalmaqalda hallanır: ABŞ prezidenti ilə bağlı şok sənədlər üzə çıxdı

ABŞ Konqresinin Nümayəndələr Palatası cəmi bir nəfər əleyhinə olmaqla (427 lehinə, 1 əleyhinə) milyarder finansist, seksual cinayətlərdə və pedofiliyada ittiham olunan Cefri Epşteyn işi ilə bağlı bütün sənədlərin açıqlanmasına səs verib. 2019-cu ildə həbs kamerasında intihar edən Epşteynin adı ABŞ-ın ən nüfuzlu siyasi fiqurları, o cümlədən Prezident Donald Tramp üzərində uzun müddət kölgə salmağa davam edəcək.

KONKRET.az xəbər verir ki, bu qanun layihəsinin qəbul edilməsi Demokratlar üçün ciddi siyasi qələbə hesab olunur.

Uzun müddət durğunluqdan sonra onlar yenidən fəallaşıb və hazırda zəifləyən Tramp administrasiyasına qarşı daha sərt mövqe nümayiş etdirirlər.

Epşteyn arxivləri yüz minlərlə sənəddən ibarətdir və ABŞ-da bu materialların araşdırılması aylarla davam edəcək. Donald Tramp isə diqqəti özündən yayındırmaq üçün Ədliyyə Nazirliyinə Epşteynin sabiq prezident Bill Klinton və keçmiş iqtisadi müşaviri Larri Sammers ilə əlaqələrinin araşdırılması tapşırığını verib.

Yeni açıqlanan sənədlər arasında açıq-saçıq və qalmaqallı məqamlar da yer alır. Bu materiallar yalnız “sarı mətbuatın” deyil, həm də ciddi media qurumlarının reaksiyasına səbəb olub. Sosial şəbəkələrdə yüz minlərlə istifadəçi həmin detallar barədə müzakirələr aparır və mövzunu böyük maraqla şərh edir.

Artıq kifayət qədər qalmaqallı olan Epşteyn işi sənədlər tam açıqlanmağa davam etdikcə daha da biabırçı və porno xarakterli istiqamətə keçir. Lakin bu materiallar ictimaiyyəti həm əyləndirir, həm də ölkədəki ciddi problemlərdən bir qədər uzaqlaşdırır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*