Trampın çağırışlarına baxmayaraq İsrail İrana zərbə endirirbackend

Trampın çağırışlarına baxmayaraq İsrail İrana zərbə endirir

ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəsə baxmayaraq, İsrail İranın şimalındakı Babol və Babolser şəhərlərinin ətrafına hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Verilən məlumata görə, həmin şəhərlərdə partlayış səsləri eşidilib. Hədəf alınan obyektlərin konkret olaraq nə olduğu açıqlanmayıb.

İsrailin dövlət yayımçısı Kan isə bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın şimalında yerləşən bir radiolokasiya stansiyasını vurub.

Bu hücumun İsrailə qarşı səhər saatlarında buraxılan raketlərə cavab olaraq həyata keçirildiyi qeyd olunur. İsrail həmin hücumu atəşkəsin pozulması kimi qiymətləndirib. Kan kanalının məlumatına görə, İranda vurulan hədəf simvolik xarakter daşıyır.

Bütün bunlar ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəsin qüvvədə olduğunu iddia etdiyi bir zamanda baş verib. Tramp özünün Truth Social platformasında bəyan etmişdi ki, İsrail İrana hücum etməyəcək:

“İsrail İrana hücum etməyə hazırlaşmır. Bütün təyyarələr geri qayıdır. Heç kimə zərər dəyməyəcək, atəşkəs qüvvədə qalır.”

Lakin reallıqda İsrailin əməliyyatları Trampın bu bəyanatları ilə ziddiyyət təşkil edir, bu isə regionda gərginliyin yenidən artmasına səbəb ola bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*