Trampın açıqlaması Tayvan şirkətinin səhmlərini aşağı saldıbackend

Trampın açıqlaması Tayvan şirkətinin səhmlərini aşağı saldı

Donald Trampın rezonans doğuran açıqlaması dünyanın ən böyük mikroçip istehsalçısı olan Tayvanın “TSMC” şirkətinin səhmlərinin azalmasına səbəb olub.

KONKRET.az xəbər verir ki, bundan sonra “TSMC” səhmləri 2,4% ucuzlaşıb.

Qeyd edək ki, buna səbəb Trampın Tayvanın Çindən müdafiə üçün ABŞ-a pul ödəməli olması ilə bağlı açıqlaması olub:

Tramp bildirib ki, Tayvan bir çox sənaye sahələrində Birləşmiş Ştatları üstələyib:

“Düşünürəm ki, Tayvan müdafiə üçün bizə pul ödəməlidir. Onlar bizim bütün çip biznesimizi əlimizdən alıb”, – Tramp əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*