ABŞ-ın Boston şəhərindəki federal məhkəmə Prezident Donald Trampın əcnəbi tələbələrin Harvard Universitetinə daxil olmaq üçün ölkəyə girişini qadağan edən qərarını müvəqqəti olaraq bloklayıb.
KONKRET.az xəbər verir ki, Məlumata görə, federal hakim Ellyson Berrouz tərəfindən imzalanan iki səhifəlik qərarda deyilir ki, Trampın 6 aylıq məhdudiyyət təklifi Harvard Universitetinə və orada təhsil alan xarici vətəndaşlara “dərhal və düzəldilməz zərər” vuracaq.
Harvard Universitetində əcnəbi tələbələr ümumi tələbə sayının 27 faizini təşkil edir. Məhkəmə qərarına əsasən, Trampın göstərişinin icrası məhkəmə araşdırmaları davam edənə qədər dayandırılıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az