Trampın İlon Maskla müsahibəsinə baxış 1 milyarda çatdıbackend

Trampın İlon Maskla müsahibəsinə baxış 1 milyarda çatdı

ABŞ-nin sabiq prezidenti Donald Tramp X sosial şəbəkəsində milyarder İlon Maska geniş müsahibə verib.

KONKRET.az xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd müsahibəsində Ukrayna münaqişəsinə, nüvə müharibəsi təhlükəsinə, həmçinin Vaşinqtonun Moskva və Pekin ilə münasibətlərinə toxunub.

Prezidentliyi dövründə Vladimir Putinlə çox yaxşı münasibətlər qurduğunu deyən Ağ evin sabiq rəhbəri bildirib ki, Rusiya prezident ona hörmətlə yanaşırdı.

Donald Trampın sözlərinə görə, Ukraynada münaqişənin başlamasına səbəb hazırkı prezident Co Bayden administrasiyasının “axmaq hərəkətləri” olub. O, münaqişənin nüvə qarşıdurması səviyyəsinə yüksəldilməsi məsələsinə də diqqət çəkib. Trampın sözlərinə görə, dünya ictimaiyyət qlobal istiləşmə problemindən daha çox narahatdır, lakin onun fikrincə, “nüvə istiləşməsi” bəşəriyyət üçün daha böyük təhlükə yaradır.

Sabiq prezident, həmçinin vurğulayıb ki, artıq Rusiya və Çin ABŞ-a hörmət etmir. Eləcə də Çinin Birləşmiş Ştatlar üçün təhlükəsi böyük ölçüdə şişirdilib, ABŞ üzləşdiyi problemlər öz daxilində axtarılmalıdır.

“Bir çox hallarda ölkə daxilindəki insanlar dövlətimiz üçün ruslardan, çinlilərdən daha təhlükəlidir. Əgər vəzifədə ağıllı prezident olarsa, o zaman onlarla problem olmayacaq”, – deyə Tramp əlavə edib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putini və Çin lideri Si Cinpini yüksək qiymətləndirərək, onları öz sahələrində ən yaxşıların ən yaxşısı adlandırıb.

Qeyd edək ki, müsahibəyə X sosial şəbəkəsində bir milyarda yaxın baxış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*