Trampın mümkün qayıdışı Cənubi Qafqazdakı vəziyyəti dəyişəcəkbackend

Trampın mümkün qayıdışı Cənubi Qafqazdakı vəziyyəti dəyişəcək – Ümid Donalda qaldı

“ABŞ-ın keçmiş prezidenti Donald Trampın mümkün qayıdışı bir sıra qlobal proseslərdə, o cümlədən Ukrayna müharibəsində köklü dəyişikliklərə səbəb ola bilər”. 

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.

“Tramp 24 saat ərzində Ukraynada müharibəni dayandıracağını vəd edir ki, bu da istər-istəməz Cənubi Qafqazda vəziyyətin dəyişməsinə gətirib çıxaracaq. Dünən ABŞ prezidenti Co Baydenin impiçment prosesi rəsmən başlayıb. Müvafiq bəyanatla ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan spikeri çıxış edib. Bu, yaxın gələcəkdə Baydenin impiçment olunacağı anlamına gəlmir, lakin Bayden və onun oğlu ilə bağlı araşdırmalar seçkiqabağı mərhələdə aparılacaq və bu, ABŞ-ın hazırkı prezidentinin mövqeyinə ciddi təsir edəcək”, – deyə ekspert də yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*