Donald Trampın oğlu kiçik Tramp Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verənləri axmaq adlandırıb.
KONKRET.az xəbər verir ki, oğul Tramp uzaq mənzilli zərbələrə icazə verilməsini 3-cü Dünya Müharibəsinə səbəb ola biləcəyini qeyd edib:
“Hərbi sənaye kompleksinin arsenalında olan bütün silahlar Ukraynaya ötürülür. Atam isə sülhə nail olmaq və insanların həyatını xilas etmək istəyir. Bayden adminstrasiyası artıq 3-cü Dünya Müharibəsinin təməlini qoyub. Biz ölkəmizin itirdiyi trilyonlarla dolların hesanı soruşacağıq”, – deyə o bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az