Trampın Putinlə görüşəcək nümayəndə heyətinə 16 nəfər daxildirbackend

Trampın Putinlə görüşəcək nümayəndə heyətinə 16 nəfər daxildir

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp bu gün Alyaskada sammit çərçivəsində görüşəcək. Bu, Trampın Ağ Evə qayıdışından sonra iki lider arasında ilk görüş olacaq.

KONKRET.az xəbər verir ki, Trampın nümayəndə heyətinə 16 nəfər daxildir. Siyahıda dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif, xüsusi nümayəndə Stiven Uitkoff, Ağ Evin mətbuat katibi Kerolin Levit və digər yüksək vəzifəli məmurlar yer alıb.

ABŞ prezidenti bu gün Ağ Evdən ayrılaraq Endryus Hərbi Hava Qüvvələri bazasına gedib və oradan Alyaskaya yola düşüb.

Sammitin əsas müzakirə mövzusu Ukraynada nizamlanma məsələsi olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*