ABŞ-ın sabiq prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları gözlənildiyi kimi ölkə iqtisadiyyatına trilyonlarla dollar həcmində xarici investisiya gətirməyib.
Əksinə, bu addım xarici şirkətlər arasında qeyri-müəyyənlik yaradaraq, onları ABŞ bazarına sərmayə qoymaqdan çəkindirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Məqalədə vurğulanır ki, Trampın gah yenidən alovlanan, gah da dayanma nöqtəsinə çatan ticarət müharibələri ABŞ iqtisadiyyatına maraq göstərən bir çox şirkətlərin qərarlarını dondurub. Xarici investorlar mövcud qeyri-sabitlik fonunda risk etmək istəmirlər.
Ekspertlər hesab edirlər ki, bu cür siyasət qısamüddətli qorunma tədbirləri ilə yanaşı, uzunmüddətli iqtisadi çətinliklərə yol aça bilər.
Natiq Səlim,
KONKRET.az