Tunisdə baş çavuşun qətlinə görə 9 nəfər edam cəzasına məhkum edildibackend

Tunisdə baş çavuşun qətlinə görə 9 nəfər edam cəzasına məhkum edildi

Tunis məhkəməsi 2016-cı ildə ordunun baş çavuşu Səid əl-Qazlaninin qətlində təqsirli bilinən 9 nəfəri edam cəzasına məhkum edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə TAP agentliyi xəbər verib.

“Tunis Birinci İnstansiya Məhkəməsinin Terrorla Əlaqəli Cinayətlər üzrə Cinayət Palatası cümə günü Milli Ordunun baş çavuşu Səid əl-Qazlaninin qətli işi üzrə doqquz müttəhimə ölüm hökmü çıxarıb”, – xəbərdə bildirilir.

Bundan başqa, məhkəmə daha 15 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Əl-Qəzlani 2016-cı ilin noyabrında Kasserin əyalətində ailəsinin evinə soxulan bir qrup silahlı tərəfindən öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*