Turab Rzayev: “Qərbin məqsədi Azərbaycandan siyasi və iqtisadi dvidentlər əldə etməkdir”backend

Turab Rzayev: “Qərbin məqsədi Azərbaycandan siyasi və iqtisadi dvidentlər əldə etməkdir”

Azərbaycana qarşı aparılan kampaniya Qərb platformalarında daha geniş vüsət alıb. Əsasən ABŞ və Fransanın təsir dairəsində olan siyasi təşkilatlar  Azərbaycana qarşı  qarayaxmaları davam etdirir. COP29 ərəfəsi  Azərbaycana hücumların sayı artmağa başlayıb. Bunu Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamə də sübut edir.

Məsələni KONKRET.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, Qərb Azərbaycanın zəif nöqtələrindən istifadə edərək öz tələblərini yerinə yetirməyə çalışır:

“Bu dəfəki rolu COP oynayır. Avroviziya ərəfəsində də Azərbaycana qarşı əsassız tələblər irəli sürülürdü. Əks halda tədbirin təxirə salına biləcəyi deyilirdi. Avropa və İslam oyunları ərəfəsində də bunu gördük. Düşünürlər ki, Azərbaycan bu tədbirləri keçirmək üçün həddinfən artıq hazırlıq görüb və bunun zədələnməsini istəməz. Buna görə də Azərbaycana qarşı siyasi təzyiqləri artırırlar. Gizlətmirlər, açıqca qeyd edirlər ki, COP29-dan istifadə edərək insan hüquqları  və Ermənistanla bağlı  məsələlərdə Azərbaycana təzyiq olunur. Son təcrübələr göstərdi ki, mötəbər tədbirlərdən öncə həbsdə olan xeyli insan azad edilib. Bu indi də  təkrarlana bilər”.  Politoloq daha sonra əlavə edib ki, Avropa Parlamentinin Ermənistanla bağlı istəyi  tam absurddur. Onlar Azərbaycanı erməni abidələrini dağıtmaqda ittiham edir:

“Azərbaycan guya  Qarabağda erməni abidələrini dağıdıb. Əksinə Azərbaycan Qarabağdakı kilsələri təmir edir. Ermənilərin geri qaytarılması qabardılır.  COP ərəfəsi bu, bir-iki günə həll olunan məsələ deyil.  Digər məsələlərə gəlincə Qərb Azərbaycana psixoloji təzyiq edib müəyyən siyasi və iqtisadi dvidentlər qoparmağa çalışır. Burada Azərbaycan qazından imtinayla bağlı da çağrışlar var. Çox güman ki, Aİ Azərbaycandan daha böyük iqtisadi pay qoparmağı hədəfləyib. Oxşar təzyiq ABŞ-den də gəlir. Amerika COP ərəfəsi sülh müqaviləsinin imzalanmasını təkid edir. Avropa İttifaqı COP29-la bağlı öz tələblərini irəli sürür. Ona görə də istənilən halda Azərbaycan bu təkiflərin böyük əksəriyyətini qəbul etməyəcək. Amma ola bilsin ki, bizim maraqlarımıza uyğun məsələdə ortaq məxrəcə gəlinsin. Məsələn Aİ-nin missiyası ilə bağlı dəstək ifadə olunur. Azərbaycan bu missiyanı qəbul etməsə də əleyhinə də deyil. Bununla bağlı hansısa razılıq əldə oluna bilər. Ermənistanla sülh danışıqlarında bir qədər intensivləşmə müçahidə olunur. Deməli bizim maraqlarımıza uyğun məsələrdə kompramisə gedilə bilər. Amma Qarabağdakı abidələr, ermənilərin köçürülməsi, Azərbaycan qazının Avropaya satılmamasıyla bağlı məsələlərin  həlli çox aşağı dəyərləndirilir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*