“Turan Tovuz” Şamaxıdan 3 xalla qayıdırbackend

“Turan Tovuz” Şamaxıdan 3 xalla qayıdır

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşma Tovuz təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 30-cu dəqiqədə Alek Souza vurub.

Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Şamaxı” isə 21 xalla 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*