Türk bankı rusların hesablarından pullarını sildi – İDDİAbackend

Türk bankı rusların hesablarından pullarını sildi - İDDİA

Türkiyənin ən böyük banklarından biri olan “Denizbank” xəbərdarlıq etmədən rusların hesablarından pullarını silib.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Qeyd olunub ki, bütün silinmələrin səbəbi kimi hesabın idarə olunması üçün tutulan komissiya göstərilib.

Eyni zamanda, silinən məbləğlər hər kəs üçün fərqlidir. Belə ki, ruslardan 130-1400 lirə vəsait tutulub.

Bundan əlavə, bəzi müştərilərin dollar və avro ilə olan hesabları bağlanıb.

Mütəxəssislər qeyd edib ki, bankların hər zaman müqavilələrdə qeyd olunan xidmət şərtlərini birtərəfli qaydada dəyişmək hüququ var. Bildirilib ki, bu cür silinmələrə etiraz etmək olar, lakin vəkillərin xərcləri silinən məbləğlərdən xeyli yüksək olacaq.

Məlumata görə, 2022-ci ilin payızında ruslar türk bank kartlarını almaqda problemlərlə üzləşiblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*