Türkiyə millisinin ulduz futbolçusu Hakan Çalxanoğlu İtaliya A seriyasında keçirilən matçda oyunun başlanğıcında asist edərək tarixə düşüb.
KONKRET.az xəbər verir ki, Hakan komandası “Milan”ın “Sassuolo” ilə matçın 7-ci saniyəsində Leaonun vurduğu qolun ötürməsinin müəllifi olub.
Türk futbolçu bununla klub tarixinə düşüb. Matç “Milan”ın 2-1 hesablı qələbəsi ilə başa çatıb.