Türk kanalına İsrail polisi müdaxilə etdibackend

Türk kanalına İsrail polisi müdaxilə etdi

İsrailin artan hərbi gərginliyi fonunda bölgədəki vəziyyəti işıqlandırmağa çalışan “TRT Haber”in Təl-Əvivdəki çəkiliş heyəti polis tərəfindən saxlanılıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bölgədə canlı yayım həyata keçirməyə çalışan jurnalistlərin fəaliyyətlərinə icazə verilməyib.

Qeyd edək ki, “TRT Haber” son dövrlərdə İsrailin hərbi əməliyyatları və bölgədə artan gərginliklə bağlı məlumatları birbaşa hadisə yerindən izləyicilərə çatdırmağa çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*