Türk Mədəniyyəti və İrsi Fondu “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabını təqdim edəcəkbackend

Türk Mədəniyyəti və İrsi Fondu “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabını təqdim edəcək

Sabah Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr edilən “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri”adlı kitabın təqdimat mərasimi keçiriləcək.

KONKRET.az xəbər verir ki, türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutacaq.

Bildiyiniz kimi, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif genişmiqyaslı tədbir və layihələr həyata keçirilməkdədir.

Fondun növbəti genişmiqyaslı layihəsi olan “Türk dilli ölkələrin milli musiqi alətləri” kitabı 6 türk ölkəsinin alimləri, incəsənətşünasları və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış yüzdən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir. Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulmuşdur.

Tədbir rəsmi və bədii olmaqla iki hissədən ibarətdir. Proqramın bədii hissəsində Türk musiqi dünyasının inciləri ifa olunacaq.
Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV agentliklərinin əməkdaşları və başqaları iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*