“Türk milləti bütün dünyaya demokratiya dərsi verdi” – Baxçalıbackend

"Türk milləti bütün dünyaya demokratiya dərsi verdi" - Baxçalı

“Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçirilən seçkilərdə çox ciddi uğur qazanıb”.

KONKRET.az xəbər verir ki, bunu partiyanın sədri Dövlət Baxçalı deyib.

O qeyd edib ki, Türk milləti bütün dünyaya demokratiya dərsi verib. “28 mayda keçiriləcək prezident seçkilərində Türk milləti sabitliyə, müstəqilliyə və gələcəyə dəstək verəcək”, – Baxçalı bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq və Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq.

Onu da bildirək ki, parlament seçkilərində MHP 10,07 faiz səs qazanıb və TBMM-də 50 deputatla təmsil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*